“Arsenal” - “Qarabağ” oyunu ilə bağlı iş açıldı

   “Arsenal” - “Qarabağ” oyunu ilə bağlı iş açıldı
  15 Dekabr 2018    Oxunub:11908
UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı intizam işi açıb.
Londonda keçirilən matçın son dəqiqələrində meydana əlində Qarabağdakı separatçı rejimin “bayrağı” ilə daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı tədbir görüləcək. Meydan sahiblərinin buna görə cəzalanacağı gözlənilir. UEFA həm də matçın gec başlaması ilə bağlı araşdırma aparacaq.

Qeyd edək ki, hər iki məsələ ilə bağlı UEFA-nın 2019-cu il fevralın 21-da keçiriləcək iclasında qərar veriləcək.

Azvision.az



Teqlər: Qarabağ   Arsenal  





Xəbər lenti