Millimizin rəqibləri müəyyənləşib

Millimizin rəqibləri müəyyənləşib
  12 Dekabr 2018    Oxunub:8299
Bu gün 2020-ci ildə Litvada keçiriləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.
UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilən tədbirdə mübarizəyə əsas mərhələdən başlayacaq Azərbaycan millisinin rəqibləri məlum olub.

Yığmamız 3-cü qrupda yer alıb. Komandamız Slovakiya, həmçinin ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə mübarizə aparacaq.

H qrupunda Finlandiya, meydan sahibi Moldova, Uels və Şimali İrlandiya qüvvəsini sınayacaq. G qrupunda Hollandiya, Monteneqro, Estoniya və meydan sahibi Bolqarıstan yer alıb.

Təqvim

İlkin mərhələnin oyunları: 29 yanvar – 3 fevral 2019

Əsas mərhələnin oyunları: 22-27 oktyabr 2019

Elit raundun püşkatması: 7 noyabr 2019

Elit raundun oyunları: 28 yanvar-2 fevral 2020

Pley-off mərhələsinin püşkatması: tarix məlum deyil, Nyon şəhəri

Pley-off mərhələsinin oyunları 9-12 aprel 2020

Final mərhələsinin püşkatması: tarixi dəqiq deyil, Litva

Final mərhələsinin oyunları: 12 sentyabr – 4 oktyabr 2020, Litva

Azvision.az


Teqlər:





Xəbər lenti