“Səbail”in şikayəti qəbul edilmədi

“Səbail”in şikayəti qəbul edilmədi
  12 Dekabr 2018    Oxunub:9389
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Səbail” klubunun futbolçusu Eltun Yaqublu barədə şikayətini rədd edib.
Azvision.az xəbər verir ki, qurum AFFA İntizam Komitəsinin 27 noyabr 2018-ci il il tarixli qərarı qüvvədə saxlayıb.

Azərbaycan Premyer Liqasının XII turunun "Neftçi” ilə ev oyunu başa çatdıqdan sonra "Səbail”in protokolda adı olmayan futbolçusu Eltun Yaqublu hakimi təhqir edib. İntizam Komitəsi onun 4 oyun cəzalanması, klubun 3200 manat cərimə olunmasına dair qərar çıxarıb.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti