Naxçıvan idmançıları 189 medal qazanıb

Naxçıvan idmançıları 189 medal qazanıb
  11 Dekabr 2018    Oxunub:10490
Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib.
Azvision.az-ın məlumatına görə, müşavirə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, 2018-ci ildə muxtar respublika idmançıları Dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 99 medal qazanıblar.

Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında müasir idman infrastrukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Müşavirə  





Xəbər lenti