Ermənistan Gürcüstana xəstəlik yayır

  03 Noyabr 2013    Oxunub : 473
Ermənistan Gürcüstana xəstəlik yayır
Gürcüstan tərkibində xəstəlik aşkar olunmuş 470 ton kartofu Ermənistana qaytaracaq.
AzVision.az xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyindən verilən məlumata görə, Ermənistandan bu ölkəyə ixrac olunmuş və tərkibində xəstəlik aşkar edilmiş 470 ton kartof geri qaytarılacaq.

Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonu ərazisindəki Sadaxlı nəzarət-keçid məntəqəsində məhsula ilkin baxış zamanı onun tərkibində müxtəlif xəstəliklər olduğu müəyyənləşdirilib və xüsusi laboratoriya yoxlaması da bunu təsdiq edib.

İyirmi yük maşını ilə gətirilmiş kartof Ermənistana qaytarılacaq. Bu, son bir həftə ərzində Ermənistandan Gürcüstana tərkibində xəstəlik olan kartof ixrac edilməsi ilə bağlı ikinci faktdır.

Teqlər: