Azərbaycanda mobil telefon bazarının liderləri

Azərbaycanda mobil telefon bazarının liderləri
  03 Noyabr 2013    Oxunub:1667
Mobil bazarda Nokia liderlik edir, ikinci yerdə Samsung, üçüncü yerdə isə Apple məhsulları yer alır.
AzVision.az xəbər verir ki, Azərbaycan mobil telefon bazarında “Nokia” şirkətinin bazar payı bu ilin yanvar-sentyabr aylarında 21,8%-dən çox azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin bazar payı 36%-dək azalıb. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Buna baxmayaraq, hazırda bu şirkətin telefon satışları lider mövqeyini itirmir və ölkənin mobil qurğu bazarında 36,79% təşkil edir. Avqust göstəriciləri ilə müqayisədə, sentyabrda “Nokia”nın bazar payı 4,4% artıb.

“Global Stats”ın proqnozlarına əsasən, sentyabrda “Samsung”un bazar payının 2,5% azalması müşahidə olunub. Buna baxmayaraq koreyalı istehsalçılar mobil qurğularına olan tələbata əsasən, 29,95% bazar payı ilə ikinci yerdə qərarlaşıb.

Yanvar göstəricisi ilə müqayisədə sentyabrda Azərbaycanda “Samsung”un bazar payı 35,52% artıb, bu da ötən illə müqayisədə 82% artım deməkdir.

Sentyabrda satış həcmlərinə görə üçüncü yeri tutan “Apple” şirkətinin mobil qurğularının bazar payının 5,57% azalması qeydə alınıb, son 9 ay ərzində isə “Apple” şirkətinin payı 24% artıb.

“Apple” şirkətinə ölkənin mobil telefon bazarının 12,72%-i məxsusdur, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.

Satış həcmlərinə görə dördüncü yerdə 12,42% bazar payı ilə əsasən Çin şirkətləri olan, tanınmayan istehsalçılar olub. Sonra 2,2% bazar payı ilə “Blackberry”, 2,11%-lə - “Sony”, 1,95%-lə - “HTC”, 0,71%-lə - “LG”, 0,69%-lə - “Huawei” və 0,25%-lə “Google” şirkətləri gəlir.


Teqlər:





Xəbər lenti