İki güləşçimiz dünya reytinqində liderdir

İki güləşçimiz dünya reytinqində liderdir
  04 Dekabr 2018    Oxunub:11104
Dünya Güləş Birliyi (UWW) reytinq siyahısını yeniləyib.
Azərbaycan Güləş Federasiyasından Azvision.az-a Dünya və Avropa çempionatları, “Qran-pri” turnirləri və başqa reytinq xalı verən yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan siyahıda iki güləşçimiz liderlik edir. Bunlar qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) və yunan-Roma güləşi üzrə millimizin gənc üzvü İslam Abbasovdur (87 kq). Stadnikin 111, Abbasovun isə 89 xalı var. Cəbrayıl Həsənov (79 kq), Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (72 kq) ikinci pillədə qərarlaşıb. Ümumilikdə ilk “10-luq”da 16, ilk “20-lik”də isə 29 güləşçimiz yer alıb.

Azvision.az




Teqlər: Güləş   Dünya  





Xəbər lenti