“Neftçi”nin 7 azarkeşini polis saxladı

“Neftçi”nin 7 azarkeşini polis saxladı
  03 Noyabr 2013    Oxunub:1215
Bu gün Azərbaycan kuboku uğrunda “Neftçi” PFK və “Xəzər Lənkəran” klubları arasında qarşılaşma keçirilir.
Bu gün 2013/2014 mövsümü Azərbaycan kuboku uğrunda “Neftçi” PFK və “Xəzər Lənkəran” klubları arasında qarşılaşma keçirilir. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, oyun yüksək təhlükəsizlik tədbirləri şəraitində keçirilir.

"Neftçi"nin 7 azarkeşi fişəng yandırdığı üçün saxlanılıb.

Stadiondan kənarda yüzlərlə "Xəzər Lənkəran" klubunun azarkeşinin toplaşdığı bildirilir.

Xatırladaq ki, AFFA İntizam Komitəsinin qərarına əsasən “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçirilən oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub. Qərara uyğun olaraq Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Neftçi”-“Xəzər Lənkəran” oyununun biletləri yalnız meydan sahibi komandanın azarkeşləri üçün satışa çıxarılıb və biletlərin hamısı onlar tərəfindən alınıb.


Teqlər:





Xəbər lenti