AFFA baş məşqçiləri cəzalandırıb

AFFA baş məşqçiləri cəzalandırıb
  28 Noyabr 2018    Oxunub:10163
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı I Divizonda çıxış edən MOİK klubunun əsas komandanın baş məşqçisi Azər Bağırovla bağlı şikayətinə baxıb.
Azvision.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum MOİK” klubu tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilməsi barədə qərar çıxarıb. AFFA İntizam Komitəsinin 13 noyabr 2018-ci il il tarixli Azərbaycan I divizionunun X turu çərçivəsində keçirilən “Keşlə-2 - MOİK” oyununda qonaqların baş məşqçisi A.Bağırovun texniki zona qaydalarını pozmasına görə 1 oyun cəzalandırılması və klubun 80 manat cərimələnməsi qərarı qüvvədə saxlanılıb.

AFFA İntizam Komitəsinin 16 oktyabr 2018-ci il il tarixli U-13 Liqasının III turu çərçivəsində keçirilən “UGİM 1” (Sumqayıt) – “Laçın” (Pirəşükül) oyunu başa çatdıqdan sonra qonaqların məşqçisi Məhəbbət Rəhimovun aqressiv davranışlar, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılması qərarı isə dəyişdirilib.

M.Rəhimov dava-dalaşda iştirak etdiyi üçün qərar elan olunana qədər buraxdığı oyunlar nəzərə alınmaqla 10 oyunluq cəzalandırılıb.

Azvision.az



Teqlər: AFFA   Futbol  





Xəbər lenti