Azərbaycan millisinin son şansı

Azərbaycan millisinin son şansı
  20 Noyabr 2018    Oxunub:10210
Bu gün Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.
AzVision.az xəbər verir ki, D liqasında mübarizə aparan milli komandamız son oyununa çıxacaq.

Azərbaycan millisi səfərdə Kosovo ilə üz-üzə gələcək. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a yüksəlmək üçün mütləq liderə qalib gəlməlidir.

Bu oyunda istənilən hesablı qələbə yığmamızı növbəti mərhələyə yüksəldəcək. Bununla da Azərbaycan millisi Avro-2020-nin final mərhələsinə bir addım da yaxınlaşacaq. Çünki Avropa çempionatına seçmə mərhələ vasitəsilə vəsiqə qazana bilməyən, lakin Millətlər Liqasında yüksək yer tutan komandalar 2020-ci ilin martında son 4 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 23:45-də başlayacaq. Oyunun baş hakimi fransalı Benua Millotdur.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Azərbaycan   Kosovo   Futbol  





Xəbər lenti