Energetika nazirləri Moskvada görüşəcəklər

Energetika nazirləri Moskvada görüşəcəklər
  31 Oktyabr 2013    Oxunub:1560
Moskvada Azərbaycan, İran və Rusiya Energetika nazirlərinin üçtərəfli görüşü keçiriləcək
MDB Elektroenergetika Şurasının 44-cü iclası çərçivəsində Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Energetika nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya rəsmi səfəri başlayır.

Üç gün davam edəcək səfər zamanı Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev, İran İslam Respublikasının Energetika naziri Həmid Çitçiyan və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak üç ölkə arasında elektroenergetika sahəsində əmakdaşlıq məsələlərini müzakirə edəcəklər. Qeyd edək ki, Azərbaycan həm Rusiya Federasiyası, həm də İran İslam Respublikası ilə elektroenergetika sahəsində sıx əməkdaşlıq edir.

Belə ki, 6 iyun 2013-cü il tarixində Volqoqrad şəhərində "Azərbaycan Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş" imzalanmışdır. Bu saziş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elektroenergetika sahəsində əməkdaşlığın davam etdirilməsinə geniş imkanlar yaratmışdır. Artıq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının enerji sistemləri ikitərəfli elektrik verilişi xətləri vasitəsi ilə birləşmişdir.

Bunlar, 330 kV-luq "Dərbənd" və 110 kV-luq "Yalama" elektrik verilişi xətləridir. Eyni zamanda, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında elektrik enerjisinin mübadiləsi 230 kV-luq I Parsabad, 330 kV-luq II Parsabad, 110 kV-luq Astara və 132 kV-luq Culfa və Araz elektrik verilişi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Energetika nazirinin Rusiya Federasiyasına rəsmi səfəri noyabrın 2-də başa çatacaq.


Teqlər:





Xəbər lenti