Neft quyusu istismara verildi

Neft quyusu istismara verildi
  31 Oktyabr 2013    Oxunub:1485
“Neft daşları” yatağındakı 2565 nömrəli quyu geoloji tədbirdən sonra istismara verildi.
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik olan “Neft daşları” yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

İstehsalın səmərəliliyinin yüksəldilməsi məqsədi ilə yatağın işlənilməsini həyata keçirən “Neft daşları” neft-qaz çıxarma idarəsində mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, “Neft daşları” yatağındakı 2346 nömrəli meydançadan 2565 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Quyu IX horizontdan, 1909-1904 metr intervaldan sutkada 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.


Teqlər:





Xəbər lenti