İlham Əliyev yeni Dövlət Komissiyası yaratdı

İlham Əliyev yeni Dövlət Komissiyası yaratdı
  29 Oktyabr 2013    Oxunub:1686
AzVision.az xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlərə sərəncam verib. Sərəncam iki bənddən ibarətdir:
1. Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini.

Komissiyanın üzvləri:

Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika
naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının
iqtisadiyyat və sənaye naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə
naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya
və təbii sərvətlər naziri

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft
Fondunun icraçı direktoru.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyası:

2.1. aparılan işlərin layihə iştirakçıları ilə əlaqələndirilməsini, ortaya çıxan məsələlərin Komissiyanın müəyyən etdiyi aidiyyəti qurumlar tərəfindən operativ həllini təmin edir;

2.2. Komissiya tərəfindən müəyyən olunan hallarda həyata keçirilən tədbirlərə dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

2.3. işlərin gedişi haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.


Teqlər:





Xəbər lenti