Böyük Britaniya deputatı: Azərbaycan regional liderdir

Böyük Britaniya deputatı: Azərbaycan regional liderdir
  29 Oktyabr 2013    Oxunub:1380
Böyük Britaniya parlamentinin deputatı Anqus Makneyl: Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana daha çox dəstək verməlidir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Böyük Britaniya parlamentinin Şotlandiyadan olan deputatı Anqus Makneyl Avropa Azərbaycan Cəmiyyətinin (AAC) bir çox mövzularla bağlı suallarını cavablandırıb.

AAC-dan bildiriblər ki, A.Makneyl Şotlandiya-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, Azərbaycanın regionda söz sahibi və iqtisadi lokomotiv rolunda çıxış etdiyini deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində Qərbin Azərbaycana daha çox dəstək verməsinin və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT qətnamələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Qərbin yaxın müttəfiqi olduğunu söyləyən deputat bildirib ki, bu ölkə Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır.

Azərbaycanın və Şotlandiyanın enerji ekspertləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu deyən A.Makneyl Şotlandiyada bp-nin 2500-dən artıq əməkdaşı arasında yüzlərlə azərbaycanlının fəaliyyət göstərdiyini vurğulayıb. O əlavə edib ki, Bakıda da yüzlərlə şotland mütəxəssis çalışır.

Deputat bildirib ki, hazırda Azərbaycan Şotlandiyanın neft-qaz sənayesinin təchizatı üçün avadanlıq ixrac edən ölkələr sırasında altıncı yerdədir. Şotlandiyanın Azərbaycanda “Wood Group”, “RBG”, “Highland Rope Access International” və “Fergusson Seacabs” kimi aparıcı şirkətləri fəaliyyət göstərir.

A.Makneyl deyib ki, Azərbaycan regional liderdir və güclü iqtisadi potensiala malik olan bir ölkədir. O, əmin olduğunu bildirib ki, Azərbaycanın Böyük Britaniya ilə əlaqələri gələcəkdə daha da inkişaf edəcək.


Teqlər:  





Xəbər lenti