“LUKoil”dan 1 milyardlıq investisiya

“LUKoil”dan 1 milyardlıq investisiya
  26 Oktyabr 2013    Oxunub:1429
Azərbaycanlı neft maqnatı, Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov almaz ticarətinə başlayır.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, V.Ələkbərov almaz satışı üçün dünyanın ən iri daş-qaş ticarətçisi olan “BHP Diamonds” şirkətinin keçmiş baş marketinqi Martin Liklə müqavilə bağlayıb. M.Lik artıq “LUKoil”un Sibirdəki almaz yatağında daş-qaş hasilatı ilə məşğul olan törəmə şirkətinin satış və marketinq direktoru təyin edilib.

“LUKoil” şirkəti Arxangelsk vilayətində almaz yatağında hasilatla məşğul olur və ilk almaz gələn ay çıxarılacaq. V.Ələkbərov prezident Vladimir Putini yataqdan ilk almazın çıxarılması ilə bağlı mərasimə dəvət edib. Onun şirkəti yatağa 1 milyard dollar investisiya qoymağı planlaşdırır.

Xəbərdə o da bildirilir ki, V.Ələkbərov “LUKoil” şirkətinin hasil etdiyi brilyantı şirkətin özünün satmasına dair Kremlin razılığını alıb.

V.Ələkbərov bildirir ki, yataqdan ildə 4 milyon karat brilyant hasil ediləcək. Onun sözlərinə görə, “LUKoil” almazın həm daxili, həm də xarici bazarlarda satışı üçün bütün lisenziyaları alıb.


Teqlər:





Xəbər lenti