Azərbaycanda vergi borcları azalıb

Azərbaycanda vergi borcları azalıb
  22 Oktyabr 2013    Oxunub:1798
2013-cü il tarixə dövlət büdcəsinə olan vergi borclarının məbləği cari ilin əvvəli ilə müqayisədə 10,9 faiz, azalıb.
AzVision.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Məlumata görə, 2013-cü ilin əvvəlinə olan 8 min 228 borclu vergi ödəyicisi və hesabat dövründə borcu yaranmış 60 min 790 vergi ödəyicisi də nəzərə alınmaqla 169 min 18 borclu vergi ödəyicisinin borcları tamamilə ləğv edilib.

2013-cü ilin 9 ayı ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 46 min 297 sayda qərar açılıb və onların 94,1 faizi borclar ləğv edildiyi üçün bağlanılıb. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 50,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Vergi borclarını ödəmə tələbini qəbul etməyən 415 borclu vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində, onların 63,6 faizində qanun pozuntusu aşkar edilib, 68,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub

Cari ilin 9 ayı ərzində vergi borcunu ödəməkdən yayındıqlarına görə 10,4 milyon manat borc məbləği üzrə 294 vergi ödəyicisi barədə materiallar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti