“AccessBank”da korrupsiya

“AccessBank”da korrupsiya
  22 Oktyabr 2013    Oxunub:1327
Baş Prokururluq “AccessBank”da korrupsiya aşkarlayıb.
AzVision.az Respublika Prokururluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ““AccessBank” Qapalı Səhmdar Cəmiyyətində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb”.

Xəbərdə deyilir ki, “AccessBank”ın “20 Yanvar” filialında kredit mütəxəssisi vəzifəsində işləyən Kamal Fərəcovun, tanışları Vüqar Rəhimov və başqaları ilə qabaqcadan əlbir olub özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2009-2010-cu illərdə ümumilikdə 59 şəxsin adına cəmi 108 min manat məbləğində pul vəsaitini kredit şəklində götürərək ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

“K.Fərəcov və V.Rəhimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib” – deyə məlumatda bildirilir.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti