Göygöldə ictimai dinləmələr keçirildi

Göygöldə ictimai dinləmələr keçirildi
  19 Oktyabr 2013    Oxunub:1222
Göygöl rayonunda ictimai dinləmələr keçirilib.
Göygöl rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Açıq hökumətin təşviqində gənclərin iştirakçılığı” layihəsi çərçivəsində ictimai dinləmələr keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirin əhəmiyyətindən danışan layihənin koordinatoru Vüsalə Hüseynli dövlətimizin başçısının gənclərə, vətəndaş cəmiyyətləri institutlarına göstərdiyi diqqətin nəticəsində bu gün hər bir Azərbaycan gəncinin hökumətin həyata keçirdiyi layihələrdə sərbəst iştirak etdiyini bildirib. O qeyd edib ki, elə bu ictimai dinləmələrin də əsas məqsədi gənclərin Azərbaycanın 2011-ci ildə “Açıq hökumət tərəfdaşlığı” təşəbbüsünə qoşulması, korrupsiyaya qarşı mübarizə, elektron xidmətlərin təşkili, vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı operativ və geniş məlumatlar almaq imkanlarını genişləndirməkdir.


Teqlər:





Xəbər lenti