Azərbaycan XİN Pakistandakı terroru pislədi

Azərbaycan XİN Pakistandakı terroru pislədi
  25 İyul 2018    Oxunub:3087
“Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı bizi çox kədərləndirdi”.
AzVision.az xəbər verir ki, bunu “Twitter” mikrobloqunda XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yazıb.

“Bu terror aktı çoxlu sayda günahsız insanın həlak olması və yaralanması ilə nəticələnib. Biz terrorizmin bütün forma və təzahürlərini qınayır, qardaş Pakistan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk”, - deyə XİN rəsmisi vurğulayıb.

AzVision.az


Teqlər: XİN   Pakistan   Terror  





Xəbər lenti