Hərbçilərimiz Qazaxıstana gedib

Hərbçilərimiz Qazaxıstana gedib
  25 İyul 2018    Oxunub:3655
“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycanın artilleriyaçılardan ibarət komandası Qazaxıstana yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, müsabiqə Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.

AzVision.az


Teqlər: MN   Qazaxıstan  





Xəbər lenti