1,4 milyard kubmetrdən çox təbii qaz satılıb

1,4 milyard kubmetrdən çox təbii qaz satılıb
  18 Oktyabr 2013    Oxunub:1380
Azərbaycanda ilin əvvəlindən əhali kateqoriyasına aid abonentlərə 1,4 milyard kubmetrdən çox təbii qaz satılıb.
2013-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhali kateqoriyasından olan abonentlərə 1 464 051 023 kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 103,96 faiz həcmində vəsait toplanıb.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, o cümlədən, sentyabr ayı üzrə satılmış 69 908 052 kubmetr təbii qazın qarşılığında toplanmış vəsaitin həcmi 121,08 faiz təşkil edib. Bu, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılmış qaz həcmlərinin dəyərinin abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilməsi ilə əlaqədar olub. Nəticədə 2013-cü ilin sentyabr ayı ərzində debitor borc 3 faiz azalıb. 1 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc isə 9 ay ərzində 12,4 faiz azalıb.

Qeyd edək ki, 1 oktyabr 2013-cü il tarixə olan məlumata əsasən, əhali sektoru üzrə 106 812 məcburi köçkün ailəsi fasiləsiz olaraq təbii qazla təmin olunub.


Teqlər:





Xəbər lenti