Ölümü ilə imperiyanın taleyini dəyişən şarlatan

Ölümü ilə imperiyanın taleyini dəyişən şarlatan
  17 İyul 2018    Oxunub:54127
Əhməd Həmid
AzVision.az üçün

...Yusupov tortdakı zəhərin Rasputini öldürməyəcəyindən qorxaraq, şəraba da zəhər qatır. Rasputin tortu yedikdən sonra bir stəkan şərab içir. Bir muddət sonra boğazında qıcıqlanma hiss edir, boğazını tutaraq, ayağa qalxır, sonra təzədən yerində oturur. Boğazının qıcıqlandığını deyərək, yenə şərab istəyir. İkinci stəkanı da bir dəfəyə içir.
Çox maraqlıdır ki, ikinci dəfə zəhərli şərab içdikdən sonra Rasputinin vəziyyəti yaxşılaşır. Rasputinin bu halını görən Yusupov silahını çıxarıb, ona atəş açır. Rasputinin yerə yıxıldığını görüb, digər otaqdakı dostlarını çağırmağa gedir. Yusupov və yanındakılar otağa girdikdə görürlər ki, Rasputin nəinki ölməyib, hələ onlara tərs-tərs baxaraq, ayağa qalxmaq istəyir.

Ayağa qalxan Rasputin bu qədər adamla döyüşə bilməyəcəyini anlayır və otaqdan qaçmağa çalışır. Deputat Pruşkeviç Rasputinin arxasından həyətə çıxır və ona üç dəfə atəş açır. Çarın qohumu Dimitri Pavloviç də Pruşkeviçin arxasınca həyətə çıxır və o da Rasputinə bir dəfə atəş edir. Rasputinin ölmədiyini və yenə də ayağa qalxmaq stədiyini görən Pruşkoviç onum başına təpiklə vurmağa başlayır. Rasputin yenə surunərək qaçmağa cəhd edir və bunu görən Yusupov əlinə bir odun götürüb, Rasputinin başına vurur. Bu səfər öldüyünü düşünərək, onu torbanın içinə qoyaraq, kiçik Neva çayına atırlar. Üç gün sonra Rasputinin cəsədi tapılanda iki gün əvvəl çayda boğulub öldüyü xəbəri yayılır.

...Qriqori Rasputin 1869-cu ilin 22 yanvarda Rusiya imperiyasının Tobolsk quberniyasının Tümen qəzasının Pokrovsk kəndində anadan olmuşdu. Bir müddət Sibirdə fəaliyyət göstərmiş, öz yaratığaı dini cəmiyyətə rəhbərlik etmişdi. Rasputin cəmiyyətinin dini fikirləri xristianlıqdan çox fərqlənirdi. Rasputinə görə, heç vaxt içki məclislərində olmayan birinin yeyib-içməkdən və qadınlardan imtina etməsi mənasızdır. Onun fikrincə, insan əvvəlcə günah bataqlığında batmalı, sonra tövbə edərək, bu bataqlıqdan cıxmalıdır. Onun fikirləri içki və qadın aludəçiliyinin üstünü örtürdü.

Rasputin adı Qış sarayında (indi Ermitaj muzeyidir) ilk dəfə 1905-ci ildə eşidilir. Saraydakılar öyrənirlər ki, Rasputin butun xəstəlikləri, eləcə də hemofiliyanı sağalda bilir. Rasputini saraya çağırırlar. Rasputin Sankt-Peterburqa piyada gəlir. Sarayda soyuq qarşılanır və tezliklə Çarın hemofiliya xəstəsi oğlu ilə tanış olur. 110 il bundan əvvəl hemofiliya tibbdə müalicəsi bilinməyən xəstəliklərdən idi. Rasputin Alekseyi güya mistik gücləri ilə müalicə etməyə başlayır.

Hemofiliya Rusiyada “Çar xəstəliyi” adlanmasına baxmayaraq, Romanovlardan qaynaqlanmırdı. Çariça bi mərəzi atasının mənsub olduğu Hessen-Darmştadt sülaləsindən genetik olaraq gətirmişdi.



Aleksey sağaldıqca Rasputin Romanovlar ailəsində daha çox söz sahibi olurdu. Onu sevməyənlər də az deyildi. Çarın qohumları, əsas da qızının əri Feliks Yusupov Rasputinə nifrət edirdi.

Feliks Yusupov varlı tatar nəslinə mənsub idi. Rusiyanın digər varlı ailələrindən fərqli olaraq, Yusupovun ailəsi sənayenin inkisaf etməsində və İngiltərə ilə münasibətlərin yaxşı olmasında maraqlı idilər. Rasputinin müharibəyə qarşı çıxması onu İngiltərə ilə Yusupovun ortaq düşməninə çevirdi. Müharibə zamanı Rasputinin Çarın ön cəbəhəyə getməsində israr etməsi zadəganlarda bütün problemlərə onun səbəb olduğu hissini doğurdu.

Rasputin öldürüldüyü gecə şahzadə Yusupovun yanında ingilis casusu Osvald Reynerin olmasının bu yaxınlarda ortaya çıxması və Rasputinə dəyən güllələrin Reynerin silahından çıxması fikrinin irəli sürülməsi bu işdə İngiltyərənin də əlinin olmasını sübut etdi.

Rasputin öldürülkdən bir müddət sonra bütün Çar ailəsi güllələnir. Rasputin fenomeninə marağı artıran onun ölümündən bir müddət əvvəl Çariçaya yazdığı məktublardır.

Rasputin yazırdı: “Mən tezliklə öləcəyəm. Məni rus kəndli qardaşlarım öldürərsə, taleyinizdən qorxmayın, yox, əgər mən zadəganlar tərəfindən öldürülsəm, Romanovları bəla gözləyir”. Əlbəttə, Rasputin bilirdi ki, onu rus kəndlisi öldürməz və özünü ona nifrət edən zadəganlardan qorumaq üçün belə məktub yazmışdı. Rasputinin ölumundən sonra, 1917-ci ildə oktyabr inqilabı olur, sonra da Çar ailəsi güllələnir.

Rasputinin cəsədinin tapıldığı gün isə onu sevənlər Nevanın suyunun müqəddəs olduğunu düşünüb, vedrələrlə evlərinə su daşıyırdılar.

Əlbəttə, Rasputin yalançı və şarlatan idi, amma onun ölümünün Rusiyanın taleyini dəyişdirməyi də danılmazdır. Hərçənd, “əgər olsaydı...” kimi təxmilərlə tarix yazılmaz, ona görə də, “o yaşasaydı, SSRİ yaranmazdı” demək mənasız olduğu üçün, bu barədə daşmayacağam. Amma bu “sonuncu peyğəmbər”in aqibəti onu göstərdi ki, yeni nəsilləri saxta möcüzələrlə, dinlə aldatmaq mümkün deyil.




Teqlər: Rasputin  





Xəbər lenti