Zərdabda yol qəzası - Ölən və yaralılar var

Zərdabda yol qəzası - Ölən və yaralılar var
  22 İyun 2018    Oxunub:1699
Zərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, iyunun 21-də saat 10 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi “VAZ-2107” və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış 2 sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti