ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb
  13 Oktyabr 2013    Oxunub:1170
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin sentyabr ayında dövlət büdcəsinə 135 milyon 178 min manat vəsait ödəyib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 15 milyon 238 min manat və ya 112,7 faiz çox olub.
Azvsison.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 185 milyon 92 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 151 milyon 243 min manat və ya 114,6 faiz çox olub.

Bundan əlavə, cari ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 24 min manat vəsait köçürüb. Bu, ötən ilin sentyabr ayına nisbətən 249 min manat və ya 101,8 faiz çox olub.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 120 milyon 112 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr aylarına nisbətən 1 milyon 415 min manat və ya 101,2 faiz çox olub.


Teqlər:





Xəbər lenti