Şahin Mustafayev vətəndaşları qəbul etdi - FOTO

Şahin Mustafayev vətəndaşları qəbul etdi - FOTO
  12 Oktyabr 2013    Oxunub:2265
Oktyabrın 12-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Göyçay şəhərində vətəndaşları qəbul edib.
AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda nazir Şahin Mustafayev Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləmiş, qaldırılan məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri operativ olaraq yerindəcə həllini tapıb.

İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gəlmiş vətəndaşların müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlər barədə olub.

Qəbulda olan sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılmış, onların təklifləri dinlənilmiş, taxılçılıq, istixana təsərrüfatlarının yaradılması, quşçuluq, heyvandarlıq, emal, kiçik istehsal və xidmət sahələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Ümumilikdə qəbulda 50-dən çox vətəndaş iştirak edib.

Qalereya




Teqlər:





Xəbər lenti