Ət bahalaşıb, çörək ucuzlaşıb

Ət bahalaşıb, çörək ucuzlaşıb
  11 Oktyabr 2013    Oxunub:1306
Sentyabrda ərzaq məhsullarının qiymətləri 0,1, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb.

Azərbaycan 2013-cü ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb. Statistika Komitəsindən verilən məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb.

Ay ərzində çörəyin, qarabaşaq yarmasının, almanın, armudun, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, bibərin, kələmin, çuğundurun, kökün, göyərtinin, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, düyünün, makaronun, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, kartofun, göy lobyanın, badımcanın, limonun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Sentyabr ayında qeyri-ərzaq mallarından minik avtomobilinin, iri alət və avadanlıqların, inşaat materiallarından parketin, sementin qiymətləri ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı ay ərzində geyim və ayaqqabının, xalça və digər döşəmə örtüklərinin, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.


Teqlər:  





Xəbər lenti