Dolların taleyi qadına tapşırıldı

Dolların taleyi qadına tapşırıldı
  11 Oktyabr 2013    Oxunub:1658
Barak Obama ilk dəfə olaraq ABŞ-nin Federal Ehtiyyat sisteminə (FİS) qadını təyin edib. Yüksək rütbə Cenet Yellene nəsib olub deyə Reuters ABŞ prezident administrasiyyasına istinadən xəbər verir.
Qeyd edək ki, Yellen yəhudi əsillidir. Əvvəllər o, Federal Ehtiyat təşkilatların İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Bu ilin sentyabrında eks maliyyə naziri Lourens Sammers bu vəzifə üçün seçkilərdən imtina etmişdi, Hazırki FES-in rəhbərinin səlahiyyətləri isə 2014-cü ilin yanvarından ləğv ediləcək.

Yellen 1990-cı ildən 3 il ərzində FES-in idarə heyətinin üzvü olub, daha sonra Klinton administrasiyasında iqtisadi məsələlər üzrə şuranın rəhbəri vəzifəsinə keçib. Obama onu 2010-cu ildə Vaşinqtondakı FES-in üzvü seçənədək isə o, 6-il ərzində FES-in San-Fransisko bankının rəhbəri olub. Fes-ə gəlməmişdən əvvəl o, kolleclərdə tədrislə məşğul olub. Yellen görkəmli iqtisadiyyat üzrə professor adı qazanıb.


Teqlər:  





Xəbər lenti