Vaşinqtonda Azərbaycana həsr olunmuş iqtisadi forum- FOTO

Vaşinqtonda Azərbaycana həsr olunmuş iqtisadi forum- FOTO
  10 Oktyabr 2013    Oxunub:1268
Vaşinqtonda Azərbaycana həsr olunmuş iqtisadi forum keçirilib.
Dünən Con Hopkins Universitetində “Neft bumunun idarə olunması: Azərbaycanın monetar siyasəti” mövzusunda forum keçirilib.

Con Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbi (SAIS) nəzdindəki Yaxın Şərqin və Şimali Afrikanın Tədqiqatları Klubunun Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolunun Öyrənilməsi Proqramı (Central Asia-Caucasus İnstitute & Silk Road Studies Proqram-CACI) ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Xaqani Abdullayev çıxış edib.

Forumun moderatoru, Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolunun Öyrənilməsi Proqramının proqramların tədqiqatları üzrə direktoru, doktor Svante Kornel Azərbaycanın həm region, həm də ABŞ üçün əhəmiyyətindən danışıb.

S.Kornel qeyd edib ki, Azərbaycanın müqayisə ediləcək dərəcədə kiçik ölkə olmasına baxmayaraq, o, ABŞ üçün kifayət qədər strateji əhəmiyyətə malikdir. Regional layihələrdən söz açan S.Kornel 2006-cı ildən ölkənin sürətli inkişaf tempini diqqətə çatdırıb.

Universitetin auditoriyası qarşısında çıxış edən X.Abdullayev ölkənin sürətli iqtisadi inkişafının əsas təkanvericisi olan Azərbaycan neft sənayesi barəsində məlumat verdi.
Azərbaycan Mərkəzi Bankı sədrinin müavini bildirdi ki, son illər yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,4 faizə qədər azalıb. Müvafiq dövlət xərcləri 2003-cü ildəki 28,5 faizdən 2013-cü ildə 44,8 faizə yüksəlib. İqtisadiyyatın inkişafından danışan natiq qeyri-neft sektorunda iqtisadi məhsulların şaxələnməsini xüsusi vurğulandı.

X.Abdullayev Azərbaycan Mərkəzi Bankının siyasətindən və ölkədə bank sektorunun inkişafından da danışdı.

Sonda Azərbaycan Mərkəzi Bankı sədrinin müavini tədbir iştirakçılarının suallarını cavablandırıb.

Qalereya




Teqlər:  





Xəbər lenti