Metro maşinistinin bir iş günü - VİDEO

Metro maşinistinin bir iş günü - VİDEO
  10 May 2018    Oxunub:23913
Gündəlik istifadə etdyimiz metronun sükanı arxasına keçən maşinistlərdən biri Elnur Əlləzovdur. O, gənc olmasına baxmayaraq, məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyi bacarır. Hətta yeraltı dünyanın ən fəallarından hesab olunur.
Kənardan bizə rahat görünsə də, gün ərzində yüzlərlə sərnişini daşıyan maşinistin işi o qədər də asan deyil.

Elnurun dediyinə görə, o sübh tezdən yuxudan durur, həkim müayinəsindən keçir və depoya yollanır. Qeydiyyata alındıqdan sonra isə metronun sükanı arxasında əyləşərək stansiyaya doğru yol alır.

Təqdim etdiyimiz videoda metro maşinistinin bir iş günü ilə tanış ola bilərsiniz:



Hazırladı: Əhməd Xəlilov
AzVision.az


Teqlər: Metro   Maşinist  





Xəbər lenti