Dövlət büdcəsinin xərcləri artır

Dövlət büdcəsinin xərcləri artır
  03 Oktyabr 2013    Oxunub:1255
Azvsison.az xəbər verir ki, 2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək.
2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə deyib.

Gələn ilin dövlət büdcəsinin proqnozları bu il olduğu kimi 1 barel neftin qiymətinin 100 dollar götürülməsi baxımından formalaşdırılıb.

Onun sözlərinə görə, 2014-cü il dövlət büdcəsinin layihəsi oktyabrın 10-dək Milli Məclisə təqdim ediləcək.

Qeyd edək ki, 2013-cü ilin proqnozlarına əsasən, dövlət büdcəsinin gəlirləri 19,159 milyard manat (12,4 faiz artımla), xərcləri 19,85 milyard manat (12,1 faiz artımla), dövlət büdcəsinin kəsiri isə 691 milyon manat (3,5 faiz artım) səviyyəsində təsdiq edilib.


Teqlər:





Xəbər lenti