AMB ilə Dünya Bankı əməkdaşlıqdan danışdı

AMB ilə Dünya Bankı əməkdaşlıqdan danışdı
  02 Oktyabr 2013    Oxunub:1269
AzVision.az MB-ın rəsmi saytına əsasən xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda maliyyə sektoru və özəl sektorun inkişafı üzrə sektor meneceri xanım Aurora Ferrarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Dünya Bankı tərəfindən Azərbaycanda maliyyə sektoru və özəl sektorda həyata keçirilən proqramların cari vəziyyəti və bu sahələrdə gələcək tərəfdaşlıq prioritetləri müzakirə edilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinə çıxış imkanları və bank sektorunun inkişafı istiqamətində aparılan işlər barədə məlumat verib.
Öz növbəsində, xanım Aurora Ferrari DB-nin Azərbaycanla maliyyə və digər strateji sahələr üzrə əməkdaşlığından məmnun olduğunu bildirərək ölkədə inkişaf proqramlarının uğurla davam etdiyini qeyd etmişdir. O, həmçinin təmsil etdiyi təşkilatın Mərkəzi Bankla əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşdə Mərkəzi Bank ilə Dünya Bankı arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.


Teqlər:





Xəbər lenti