Seçkilərlə bağlı işçi qrup yaradılıb

Seçkilərlə bağlı işçi qrup yaradılıb
  01 Oktyabr 2013    Oxunub:1405
“Dövlətçiliyə qarşı yönəlmiş hər cür qəsdlərə qarşı barışmaz mübarizəni davam etdirəcəyik”.
AzVision.az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib. O bildirib ki, Azərbaycanda oktyabrın 9-da keçiriləcək seçkilərlə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi, seçki komissiyalarından vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olan cinayət əməlinin olması ehtimal edilən məlumatlara dərhal baxılması və cinayəti törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi işinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Baş prokuror bildirib ki, prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə seçki ərəfəsində və sonrakı mərhələlərdə də qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, ölkə üçün bu məsuliyyətli mərhələdə dövlətçiliyə qarşı yönəlmiş hər cür qəsdlərə qarşı barışmaz mübarizəni davam etdirəcək. /APA/


Teqlər:





Xəbər lenti