Gömrükçülər 31 min siqaret müsadirə edib

Gömrükçülər 31 min siqaret müsadirə edib
  07 Fevral 2018    Oxunub:1859
Bakı şəhəri istiqamətində hərəkət edən Gürcüstan vətəndaşının idarə etdiyi "Setra S 317HDH/3" markalı sərnişin avtobusu Tovuz rayonu ərazisində saxlanılıb və nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilib.
AzVision.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Tovuz Gömrük İdarəsinin yoxlama zamanı avtobusun yük yerindəki 4 ədəd sellofan bağlamaların içərisində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olduğu müəyyən edilib. Həmin nəqliyyat vasitəsi Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və burada 4 ədəd sellofan bağlamalara qanunvericiliyə uyğun şəkildə baxış keçirilib.

Yoxlama zamanı həmin bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan üzərində "Parliament Carat" sözləri yazılan 16 200 ədəd, üzərində Parliament super slims" sözləri yazılan 7800 ədəd, üzərində "Parliament silver blue" sözləri yazılan 600 ədəd, üzərində "Marlboro gold edge" sözləri yazılan 3600 ədəd və üzərində "Marlboro fine touch" sözləri yazılan 3600 ədəd, ümumilikdə 31800 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Siqaret  





Xəbər lenti