"Ronald Reagan House"-un Azərbaycan hesabatı

"Ronald Reagan House"-un Azərbaycan hesabatı
  28 Sentyabr 2013    Oxunub:1318
"Ronald Reagan House" hesabatı: Azərbaycan iqtisadiyyatı onilliyin sonuna kimi əhəmiyyətli dərəcədə qeyri-neft sektorundan asılı olacaq.
Dünya maliyyə-iqtisadi böhranının Azərbaycana təsiri qonşu ölkələr, Mərkəzi və Şərqi Avropa ölkələrindən fərqli olaraq, son dərəcə məhdud olub. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Ronald Reagan House" təşkilatının 2008-2013-cü illər ərzində Cənubi Qafqaz üzrə hesabatında bildirilir.

Hesabata görə, göstərilən müddət ərzində Azərbaycanda ÜDM-in həcminin və ölkə əhalisinin yaşayış səviyyəsinin kəskin azalması müşahidə edilməyib. Əksinə, iqtisadiyyat artmaqda davam edib: "Dünya böhranı şəraitində Azərbaycanda iqtisadi artımın əsas prinsipləri böyük həcmdə karbohidrogen ehtiyatları və neft gəlirlərinin idarə olunmasında səmərəli dövlət strategiyasıdır".
Son 10 il ərzində Azərbaycanda orta hesabla ildə 14 faiz səviyyəsində iqtisadi artım qalmaqdadır. Bu, 1994-cü ildə Azərbaycan və 13 şirkətdən ibarət konsorsiumun imzaladığı "Əsrin müqaviləsi"nin birbaşa nəticəsidir.

Hesabatda bildirilir: "Azərbaycanın neft ehtiyatlarını dünyaya açan hasilatın pay bölgüsü sazişi ölkənin iqtisadiyyatını tanınmaz dərəcədə dəyişib. Belə ki, 1994-cü ildən 2000-ci ilədək ölkə ÜDM-i təxminən 3 dəfə artıb".

Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) enerji resurslarının satışından əldə olunan gəlirləri toplayaraq dövlət xərcləri qismində böyük infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldir. Neft Fondunun gəlirlərinin bir hissəsi, həmçinin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının uzunmüddətli işğalı nəticəsində yaranan problem - məcburi köçkünlərin yaşayış səviyyəsinin artırılması üçün istifadə olunur:
"Hökumət Azərbaycan iqtisadiyyatının sürətli artımından yoxsulluq səviyyəsinin xeyli azaldılması üçün istifadə edir - yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2012-ci ildə 6 faizədək azalıb".
Həmçinin, gəlirlərdə qeyri-bərabərlik səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. 2010-cu ildə şəhər və kənd yerlərində gəlirlər arasında fərq nisbətən az olub.
Norveç və ABŞ-ın enerji resurslarından dövlət gəlirlərinin idarə olunması üzrə ən yaxşı təcrübələrini öyrənən ARDNF xarici aktivlərə fəal sərmayədar olub. 2012-ci ilin yekunlara görə, ARDNF-nin investisiya portfelinin ümumi dəyəri 34 milyard dollara çatıb.

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə yanaşı, ARDNF də qonşu ölkələrə birbaşa xarici investisiyaların tədarükçüsü olub. Hesabatda bildirilir: "Neft Fondunun əsas hədəflərindən biri davamlı makroiqtisadi sabitliyin yaranması olduğundan, Fond Azərbaycan aktivlərinə vəsait yatırmaq hüququna malik deyil".

Azərbaycan ixracatının 90 faizindən çoxu neft-qaz sektorunun payına düşsə də, artıq qeyri-neft sektoru ölkə ÜDM-nin 52,7 faizini təşkil edir.

Azərbaycan son illər ərzində öz rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanan 2013-2014-cü illərdə dünya iqtisadiyyatlarının rəqabət qabiliyyəti reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətədavamlı ölkələri sırasına daxil olaraq 144 ölkə arasında 39-cu mövqedə qərarlaşıb. DİF-in məlumatına görə, Azərbaycan rəqabət qabiliyyəti baxımından regionda və MDB məkanında aparıcı yer tutur. Hesabatda vurğulanır ki, bu faktı Beynəlxalq Valyuta Fondu da təsdiqləyir.

Hesabatda bildirilir: "Yuxarıda göstərilənlərə yekun vuraraq demək olar ki, Azərbaycan neft və qaz satışından əldə olunan gəlirlərin qeyri-neft iqtisadiyyatının inkişafı üçün istifadəsi üzrə ehtiyatlı strategiya həyata keçirir. Qeyri-neft ÜDM-nin payı hətta dünya maliyyə böhranı zamanı da artıb. Əgər bu tendensiya saxlanılsa - böyük ehtimalla neft gəlirlərinin ehtiyatla idarə olunması nəticəsində bu belə olacaq - bu onilliyin sonuna kimi Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə qeyri-neft sektorundan asılı olacaq".



İsa Qəmbər mitinq iştrakçılarına təpindi

“Müsavat” partiyasının başçısı İsa Qəmbər çıxışı zamanı sözünü kəsən iştrakçılara sərt rekaksiya verdi.

AzVision.az xəbər verir ki. bugün “Məhsul” stadionunda Cəmil Həsənlinin təşvikat kampaniyası çərçivəsində icazəli mitinqi “Müsavat”partiyasının rəhbəri İsa Qəmbərin çıxı ilə davam edir. İsa Qəmbər çıxışı zamanı coşduqda iştrakçılar ona dəstək olmaq niyyəti ilə şüarlar qışqırmağa başladı. Sözünün kəsilməsi İsa bəyin xoşuna gəlmir və iştrakçılara sərt şəkildə müraciət edir. İsa Qəmbər sərt şəkildə “Siz niyə mənim sözlərimi tərcümə edirsiz, sizin tərcümənizə ehtiyac yoxdu” deyərək iştrakçıları susdurur.

Bu arada hal hazırda “Real” hərəkatının REAL Hərəkatının Məclis sədri Erkin Qədirli çıxış edir. Mitinq iştrakçıları siyasi leksiya söyləyən və sözün əsl mənasında darıxdırıcı çıxış edən Erkin Qədirlinin də çıxışın şüar qışqıraraq kəsir. Erkin Qədirli bir daha ondan yalnız xahiş edildiyi üçün mitinqdə çıxış etdiyini bildirdi.


Teqlər:





Xəbər lenti