SOCAR nümayəndələri Buxarest Forumunda

SOCAR nümayəndələri Buxarest Forumunda
  28 Sentyabr 2013    Oxunub:1236
Buxarestdə ASPEN Rumıniya institutu tərəfindən “Yeni İpək Yolunun möhkəmləndirilməsi, üç dənizin: Xəzər, Qara və Adriatik dənizlərinin birləşdirilməsi” mövzüsunda “Bucharest Forum-2013” konfransı keçirilir.
AzVision.az ARDNŞ-nin rəsmi satına istinadən xəbər verir ki, sentyabrın 28-dək davam edəcək üç günlük forumda ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları da iştirak edir.Forum çərçivəsində keçirilən konfransda TAP, TANAP və AGRİ layihələri, ARDNŞ-nin Rumıniya, Gürcüstan, Ukrayna, Yunanıstan, Türkiyə və İsveçrədə həyata keçirdiyi investisya layihələri, Avropanın bir sıra ölkələrində aparılan potensial investisiya araşdırmaları barədə iştirakçılara məlumat verilib, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın fəal və həlledici mövqeyi xüsusi vurğulanıb. Konfransda Rumıniyanın enerji məsələləri üzrə dövlət naziri Konstantin Nita, digər dövlət qurumlarının nümayəndələri, jurnalistlər iştirak edib.


Teqlər:





Xəbər lenti