Zaqatalada ağır yol qəzası- 2 ölü

Zaqatalada ağır yol qəzası- 2 ölü
  27 Sentyabr 2013    Oxunub:1692
Zaqatalada ağır yol nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam 20:00 radələrində Zaqatala-Danaçı yolunun 20-ci kilometrliyində baş verib.

Zaqatala rayonu Aşağı Çardaqlar kənd sakini 1990-cı il təvəllüdlü Kaxayev Elçin Şamil oğlu idarə etdiyi 99 FC 655 dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomobillə Aşağı Çardaqlar kəndi yolu istiqamətində hərəkət edərkən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb.

Baş vermiş hadisə nəticəsində sürücü Kaxayev Elçin Şamil oğlu və sərnişin Zaqatala rayonu Dardoqqaz kənd sakini 1984-cü il təvəllüdlü Musayev Sərxan Bədrəddin oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində hadisə yerindəcə keçinib.

Avtomobildə olan digər sərnişinlər Açağı Çardaqlar kənd sakini 1992-ci il təvəllüdlü Məcidov Elvin Ramazan oğlu və Yuxarı Tala kənd sakini 1993-cü il təvəllüdlü Əliyev Şaban Cəmaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zaqatala MRX-dan APA-ya verilən xəbərə görə, xəstəxanaya daxil olan Əliyev Şabanın vəziyyəti orta ağır qiymətləndirilir, xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Elvin Məcidovun xəsarətləri yüngül olduğundan xəstəxanada yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.



Teqlər:





Xəbər lenti