Daha 83 nəfər işlə təmin olundu

Daha 83 nəfər işlə təmin olundu
  26 Sentyabr 2013    Oxunub:1161
Ağdaşda keçirilən növbəti əmək yarmarkasında 83 nəfər işə göndəriş aldı
Ağdaş rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə sentyabrın 25-də növbəti əmək yarmarkası keçirilib.
AzVision.az xəbər verir ki, yarmarkaya 38 müəssisə və təşkilat tərəfindən 191 vakant iş yeri çıxarıldı. Həmin iş yerlərinə görə təklif olunan əməkhaqqı 120-350 manat təşkil edirdi. Yarmarkada iştirak edən 425 iş axtarandan 83-ü öz istəyinə və ixtisasına uyğun işə göndəriş aldı. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işləməyə üstünlük verrirdi.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində Ağdaş rayon Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınmış 193 iş axtaran vətəndaşdan 144-ü münasib işlə təmin olunub.


Teqlər:  





Xəbər lenti