Ərdoğan Müslüm babanın borclarını sildirdi

Ərdoğan Müslüm babanın borclarını sildirdi
  04 Mart 2013    Oxunub:1818
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Müslüm Gursəsin xəstəxana borclarını sildirib.
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda M.Gursəsin son albomunu ərsəyə gətirən Mədəni Uçar deyib. “Baş nazirimiz sənətçini ziyasətə gələndə onun 333 min dollarlıq borcunu sildirdi”-deyə, M.Uçar qeyd edib.
Qeyd edək ki, Türkiyənin məşhur sənətçisi Müslüm Gursəs dünən vəfat edib. O, uzun müddət idi ki, xəstəxanada müalicə alırdı.



Teqlər:  





Xəbər lenti