Daha 6 kəndə təbii qaz verildi

Daha 6 kəndə təbii qaz verildi
  25 Sentyabr 2013    Oxunub:2695
Bu gün Lənkəran və Şamaxı rayonlarının daha 6 kəndinə təbii qaz verilib.
Azvision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Lənkəran rayonunun Aşağı Nüvədi və Küvənil kəndlərinə təbii qazın verilməsinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 961 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 28,4 kilometr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 961 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Şamaxı rayonunun Həmyəli, Cabanı, İkinci Cabanı və İkinci Çaylı kəndlərinə də təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd edilib ki, həmin kəndlərin qazlaşdırılması üçün ümumilikdə 21,9 kilometr uzunluğunda polad borularla məhəllədaxili və 16 kilometr uzunluğunda polietilen borularla daşıyıcı qaz xətləri çəkilib, 536 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.



Teqlər:





Xəbər lenti