Əli Əliyevin imzalarına yenidən baxılacaq

Əli Əliyevin imzalarına yenidən baxılacaq
  24 Sentyabr 2013    Oxunub:1211
Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizədliyi irəli sürülmüş Əli Əliyevin Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyinin qeydə alınmasından imtina haqqında qərarının ləğvinə dair iddiasına yenidən baxılıb.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, ötən gün baş tutan məhkəmədə Ə.Əliyevin MSK-ya təqdim etdiyi və ali seçki qurumu tərəfindən etibarsız hesab edilib və seçici imzalarının yoxlanılmaq üçün ekspertizaya göndərilməsi haqqında qərar qəbul edilib.

Xatırladaq ki, Bakı Apellyasiya məhkəməsi Ə.Əliyevin müvafiq iddiasını artıq bir dəfə araşdırıb və sentyabrın 17-də keçirilmiş məhkəmə iclasından sonra MSK-nın məlum qərarını qüvvədə saxlayıb.

Lakin Ali Məhkəmə Ə.Əliyevin bununla bağlı kassasiya şikayətinə baxaraq Bakı Apellyasıya Məhkəməsinin qeyd olunan qərarını ləğv edib və iddiaya yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Fatimə


Teqlər:





Xəbər lenti