Bakıda `Ümumdünya turizm günü` qeyd ediləcək

Bakıda `Ümumdünya turizm günü` qeyd ediləcək
  24 Sentyabr 2013    Oxunub:1378
Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş elan olunacaq.
Ölkəmizdə turizmin iqtisadiyyatın prioritet sahəsi kimi inkişafında nəzərəçarpacaq nailiyyətlər əldə etdiyini və 2013-cü il "Ümumdünya turizm günü"nün qeyd olunması münasibəti ilə aidiyyəti dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə 27 sentyabr 2013-cü il tarixində saat 10:30-da "Fairmont Baku" mehmanxanasında Ümumdünya Turizm Gününə həsr olunmuş konfransın və müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulub.

AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, konfransın proqramına uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəsmi açılış nitqindən sonra Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev tərəfindən turizm sahəsində görülmüş işlərə dair arayış təqdim olunacaq. Eyni zamanda, "Azərbaycan Respublikası Prezidentinin 10 illik fəaliyyəti zamanı turizmə göstərdiyi qayğı" mövzusuna həsr olunmuş "Azerbaijan review" jurnalının təqdimatı, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Aİ Tvinninq layihəsinin "Nailiyyətlər və Perspektivlər" adlı təqdimat keçiriləcək. Bununla yanaşı, "Fəxri Turizm İşçisi" döş nişanı və "Fəxri Fərman" ilə təltiflər, həmçinin, Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən həyata keçirilən "IV Milli Turizm" layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə qaliblərə mükafat təqdim ediləcək.

2013-cü il "Ümumdünya turizm günü"nün qeyd olunması münasibəti ilə 27 sentyabr tarixində saat 10:00-dan


Teqlər:  





Xəbər lenti