Ekologiya Nazirliyi sürücüləri cərimələdi

Ekologiya Nazirliyi  sürücüləri cərimələdi
  21 Sentyabr 2013    Oxunub:1671
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə hər il olduğu kimi 2013-cü ilin avqust ayında da Respublika ərazisində “Təmiz hava” aylığı tədbirlərini həyata keçirilib. Atmosfer havasına nəqliyyat vasitələrindən ixrac edilən dəm qazının normalara uyğun olub olmaması yoxlanılıb.

Yoxlamaya cəlb olunmuş 67 avtomobildən 8-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu müəyyənləşib, 26 müəssisəyə 1287 manat məbləğində ödəmə tətbiq olunub. Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı isə baxış keçirilmiş 2200 avtomobildən 140 ədədində atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb.

Lənkəran, Astara, Masallı, Lerik və Cəlilabad rayonlarında keçirilən reydlər zamanı da yoxlamaya cəlb olunmuş 617 avtomobildən 319-da atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olub və Yol Polis İdarəsinin əməkdaşları sürücülər barəsində inzibati qaydada tədbir görüb.

Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında keçirilmiş reydlər zamanı isə yoxlamaya cəlb olunmuş 639 avtomobildən 64-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması müəyyənləşdirilib.

Şirvan, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının mərkəzi küçələrində, magistral yollarda keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 185 avtomobildən 126-da atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olub və sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilib.

Sumqayıt şəhərinin küçə və magistral yollarında keçirilən reydlər zamanı isə yoxlamaya cəlb olunmuş 250 avtomobildən 54-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normanı keçib, sürücülərə qarşı inzibati qaydada tədbir görülüb.

Quba və Xaçmaz rayonlarında fərdi qaydada yoxlamaya cəlb olunmuş 615 avtomobildən 80-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olub.

Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarında fərdi qaydada yoxlamaya cəlb olunmuş 228 avtomobildən 111-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı norma daxilində olmayıb, qanunamüvafiq tədbirlər görülüb.

İmişli, Saatlı, Beyləqan və Ağcabədi rayonlarının mərkəzi küçələrində, magistral yollarda reydlər keçirilib. Reydlər zamanı yoxlanılan 190 avtomobildən 6-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olmasına görə YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib.

Mingəçevir şəhərində keçirilmiş reydlər zamanı fərdi qaydada yoxlamaya cəlb olunmuş 60 avtomobildən 20-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması müəyyənləşib və YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq olunub.

Balakən, Zaqatala, Qax, Şəki rayonlarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 817 avtomobildən 111-i atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə sürücüləri inzibati məsuliyətə cəlb edilib.

Gəncə şəhərinin magistral yollarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 128 avtomobildən 24-nün nasaz vəziyyətdə olması müəyyən edilib və sürücülər polis işçiləri tərəfindən inzibati qaydada cərimələnib.

Qəbələ rayonu ərazisində keçirilmiş reydlər zamanı 51 avtomobildən 31-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyənləşib və avtomobillərin sürücüləri inzibati qaydada cərimə olunub.

Yevlax, Bərdə, Tərtər və Ağdaş rayonlarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 296 avtomobildən 39-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə təqsirkar sürücülər inzibati məsuliyətə cəlb olunub.

Goranboy, Daşkəsən və Samux rayonlarının mərkəzi küçələrində, magistral yollarda keçirilmiş reydlər zamanı yoxlanılan 162 avtomobildən 35-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı olub. YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib.

Aparılan araşdırmaların nəticəsi bir daha göstərib ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərlərinin və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosfer havasının avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir.

Magistral yollarda keçirilən reydlər zamanı ümumilikdə, fərdi qaydada yoxlanılan 6438 avtomobildən atmosfer havasını çirkləndirən 1160 avtomobilin sürücüsünə inzibati qaydada cərimə olunması üçün Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti