MSK sədri: `Namizədləri izləməliyik`

MSK sədri: `Namizədləri izləməliyik`
  19 Sentyabr 2013    Oxunub:1300
Ölkə üzrə müşahidə aparmaq istəyənlərin sayı 3070, konkret dairələrdə müşahidə aparmaq istəyənlərin sayı 11340 nəfərə çatır
Bu gün MSK–nın növbəti iclası keçirilib. AzVision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov bildirib ki, namizədlərin televiziyada çıxış edən nümayəndələrinin siyahısı MSK-a təqdim olunsun.

Müşahidəçilərlə bağlı danışan MSK sədri qeyd edib ki, ölkə üzrə müşahidə aparmaq istəyənlərin sayı 3070, konkret dairələrdə müşahidə aparmaq istəyənlərin sayı 11340 nəfərə çatır”.

M.Pənahov komissiyanın maarifləndirmə proqramını davam etdirdiyini qeyd edib:

“Bu yaxınlarda Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə bərabər cəzaçəkmə müəəsssiələrində treninq keçirdik. Deyərdim ki, uğurlu bir treninq baş tutdu”.

Bu günədək MSK-nın prezident seçkiləri ilə bağlı üzərinə düşən işi ölkə qanunvericiliyinə uyğun uğurla həyata keçirdiyini bildirən komissiya sədri qeyd edib ki, indi əsas diqqəti namizədlərin seçki tələblərinə uyğun fəaliyyətlərini izləməkdir:

“Bütün MSK üzvləri prosesləri diqqətlə izləməli və MSK-ya davamlı olaraq məlumat verməlidir. Biz çalışmalıyıq ki, namizədlərlə bağlı qanun pozuntularına yol verilməsin”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti