Azərbaycan bəstələri Avropada

  02 Mart 2013    Oxunub : 704
Azərbaycan bəstələri Avropada
Yeddi konsert proqramı baş tutacaq.
Tatarıstanın paytaxtı Kazanda aprelin 5-dən 7-dək «Avropa-Asiya» XI beynəlxalq musiqi festivalı keçiriləcək.

Festival çərçivəsində baş tutacaq yeddi konsert proqramında yerli bəstəkarların əsərlərilə yanaşı, Azərbaycan, İsveçrə, Xorvatiya, Türkiyə, Özbəkistan, Yaponiya və digər ölkə sənətkarlarının musiqisi də ifa olunacaq.

Açılış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri Firəngiz Əlizadənin «Metomorfoz» əsəri səsləndiriləcək. Festival çərçivəsində həmçinin Fikrət Əmirovun, Cahangir Cahangirovun, Ərtoğrul Cavidin ,Sərdar Fərəcovun , Dadaş Dadaşovun əsərləri də ifa olunacaq.

ABİ-nin katibi Sərdar Fərəcov Tatarıstan Bəstəkarlar İttifaqının sədri Rəşid Kalimullinin dəvət ilə fəxri qonaq kimi festivala qatılacaq.

Teqlər: