Nyu-Yorkda Əliyev-Sarkisyan görüşü müzakirə ediləcək - (VİDEO)

Nyu-Yorkda Əliyev-Sarkisyan görüşü müzakirə ediləcək - (VİDEO)
  22 Sentyabr 2017    Oxunub:5200
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri prezidentlərin görüşü ilə bağlı məsələni müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Amerikanın səsinə” açıqlamasında bildirib.



Nalbandyan jurnalistin BMT BAŞ Assambleyasının sessiyaları çərçivəsində Azərbaycan XİN rəhbəri ilə görüş imkanı barədə sualı müsbət cavablandırıb: “Bəli, belə bir görüş ayın 23-də nəzərdə tutulub. Gündəlikdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili, həmçinin həmsədrlərin regiona səfərinin qrafikinin müzakirəsi var”.

Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər: Nalbandyan   Məmmədyarov  





Xəbər lenti