Rusiyada 24 azərbaycanlı tutuldu - (VİDEO)

Rusiyada 24 azərbaycanlı tutuldu  - (VİDEO)
  24 Avqust 2017    Oxunub:2806
İnquşetiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 Azərbaycan vətəndaşı saxlanılıb.

AzVision.az xəbər verir ki, İnquşetiya Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, azərbaycanlılar Nazranda aparılan yoxlamalar nəticəsində tutulub.
Həmyerlilərimizə qarşı administrativ protokollar hazırlanıb. Protokollara əsasən azərbaycanlılar 5000 min rubla qədər cərimə ödəyəcək və Rusiyadan deportasiya ediləcəklər.

Qanunsuz olaraq əcnəbi vətəndaşları əmək fəaliyyətinə cəlb edən tikinti firması isə inzibati məsuliyyətə cəlb olunub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   İnquşetiya   Həbs  





Xəbər lenti