Rəsul Quliyev Eldar Namazovu qəbul etmədi

Rəsul Quliyev Eldar Namazovu qəbul etmədi
  01 Mart 2013    Oxunub:1528
Rəsul Quliyev Eldar Namazova dəstək verməkdən imtina edib.
R.İbrahimbəyovla mütəmadi əlaqələrinin olduğunu deyən eks-spiker “El” hərəkatına qoşulub-qoşulmayacağına dair sualları cavablandırıb.

Telefon vasitəsi ilə R.İbrahimbəyovla əlaqə saxladığını təsdiq edən eks-spiker proqramı məlum olmayan təşkilata dəstək verməyəcəyini açıqlayıb:

“Bilirsiniz həm Rüstəm bəy, həm də mən həyatın bir çox üzlərini görmüş ciddi insanlarıq. O bilir ki, mən heç vaxt məramı və proqramı məlum olmayan bir təşkilata dəstək vermərəm. Ondan başqa, artıq Ziyalılar Forumu “El” hərəkatı və başqa qurumlara eyni münasibət bəslədiyini bir neçə dəfə elan edib, yəni ”El” hərəkatı onların proyekti deyil”.

R.Quliyev Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazovun prezident seçkilərində üçüncü qüvvənin namizədi olacağı ilə bağlı səslənən fikirləri şərh etməkdən imtina edib.

“Bu mənim üçün elə bir əhəmiyyət kəsb edən məsələ deyil”-deyə R.Quliyev vurğulayıb.



Teqlər:





Xəbər lenti