Ermənilərdən növbəti təxribat

Ermənilərdən növbəti təxribat
  04 Sentyabr 2013    Oxunub:1416
Tiflisdə azərbaycanlıların yaşadığı məhəllədə “Ermənistan” adlı mağaza açıla bilər.

Tiflisdə azərbaycanlıların yaşadığı məhəllədə “Ermənistan” adlı mağaza açıla bilər. Vesti.az-ın məlumatına görə, ermənilərin bu addımı soydaşlarımızın etirazına səbəb olub.

Qeyd edək ki, 2011-ci ilin mayında Gürcüstan paytaxtında əhalinin əsas hissəsinin erməni olduğu Avlabar rayonunda “Ermənistan" adlı mağaza açılıb. Mağazada yalnız Ermənistanda istehsal olunan məhsullar satılır. Mağazanı idarə edən erməni iş adamları biznes layihələrinin Tiflisdə uğurlu alındığını əsas gətirərək, gələcəkdə paytaxtın başqa rayonlarında yeni marketlər yaratmaq niyyətlərini gizlətməyiblər. Bu mağazalardan birinin Mirzə Fətəli Axundovun ev müzeyinin yerləşdiyi küçədə açılacağı gözlənilir.

Bu küçədə Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası da yerləşir. Həmçinin yaxınlıqda olan məhəllədə yaşayanların əksəriyyəti azərbaycanlıdır. Ermənilərin burda əsas məqsədi azərbaycanlılarla münaqişəyə cəlb etmək olduğu açıq aydın görünür. Gürcüstan Parlamentinin üzvü, Ramin Bayramov açıqlamasında ermənilərin azərbaycanlıların kompakt yaşadığı məhəllədə mağaza açmaq barədə xəbərlərin fərziyyə olduğunu deməklə yanaşı artıq azərbaycanlıların buna etiraz etməyə başladığını deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti