Prokurorluqdan Rüstəm İbrahimbəyovla bağlı AÇIQLAMA

Prokurorluqdan Rüstəm İbrahimbəyovla bağlı AÇIQLAMA
  28 Fevral 2013    Oxunub:1370
Baş Prokurorluq kinorejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan yoxlama ilə bağlı başlanmış cinayət işinə dair açıqlama verib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan yoxlama ilə bağlı açılmış cinayət işi üzrə istintaqın yekunlaşması və cinayət işinin Baş Prokurorluğa təqdim olunması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Hazırda həmin iş üzrə istintaq Vergilər Nazirliyində davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın bəzi KİV-lərində kinorejissor Rüstəm İbrahimbəyovun həbs təhlükəsinin real olduğu, Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan yoxlama ilə bağlı açılmış cinayət işi üzrə araşdırmaların başa çatdırıldığı və Baş Prokurorluğa təqdim olunduğu barədə məlumatlar yayılıb.




Teqlər:





Xəbər lenti