Ermənistanda gizli Qarabağ müzakirəsi - Hərbi Polisin rəisi işdən qovuldu (VİDEO)

Ermənistanda gizli Qarabağ müzakirəsi - Hərbi Polisin rəisi işdən qovuldu (VİDEO)
  25 May 2017    Oxunub:13858
Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib.
AzVision.az "Joğovurd"a istinadən xəbər verir ki, görüşün detalları gizli saxlanılır.

Görüşlə bağlı rəsmi açıqlama verilməyib. Ehtimal olunur ki, ordu rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.

Bununla yanaşı, iclasın əsasən mövzusu münaqişənin həlli istiqamətində beynəlxalq ictimaiyyətin aktivliyinin artması və son günlər Ermənistan ordusunda qeydə alınan ölüm halları olub.

"Joğovurd"un verdiyi məlumata görə, iclasdan sonra kadr dəyişikliyi həyata keçirilib. Məlumata görə, hərbi polis rəisi Samvel Qukasyan işdən azad edilib.

Onun vəzifədən uzaqlaşdırılmasına səbəb kimi erməni əsgərlərin Qarabağda yerləşən su anbarında boğulması göstərilir.

Digər bir məlumata görə, Ermənistan Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə Serj Sarkisyanın mühafizə xidmətinin rəis müavini Artur Bağdasaryan təyin edilib.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti